Hökumətdə daha iki yeni nazir və komitə sədrləri » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət, Sosial

Hökumətdə daha iki yeni nazir və komitə sədrləri

Hökumətdə daha iki yeni nazir və komitə sədrləri

Beləliklə, dünən prezident İlham Əliyev baş nazir Novruz Məmmədovun rəhbərlik edəcəyi Nazirlər Kabinetinin yeni tərkibinin formalaşdırılmasını başa çatdırıb. Prezidentin imzaladığı sərəncama əsasən ötən həftə vəzifələrinə təsdiq almayan bəzi nazirlər nəhayət rahat yata bilərlər. Eyni zamanda gözlənildiyi kimi vəzifələrinə ötən həftə təsdiq edilməyənlərdən azı iki nazir və bəzi komitə sədrləri kresloları ilə vidalaşmalı olacaqlar.

Bunlardan biri ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırovdur. Onun yerini SOCAR-ın “Azərkimya” İstehsalat Birliyinin müşahidə şurasının sədri Mikayıl Babayev tutacaq.

Habelə təhsil naziri vəzifəsinə Mikayıl Cabbarovdan sonra bu vəzifəni icra edən keçmiş nazir müavini Ceyhun Bayramov təyin olunub.

Səhiyyə naziri Oqtay Şirəliyev, müdafiə sənayesi naziri Yavər Camalov, mədəniyyət naziri Əbülfəs Qarayev, gənclər və idman naziri Azad Rəhimov isə yerlərində qalıblar.

O cümlədən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova yenə də bu vəzifəni tutacaq. Diasporla iş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimovu isə daha bu vəzifədə görə bilməyəcəyik. Onun yerinə deputat Fuad Muradov təyin olunub.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı da vəzifəsində saxlanılıb. Lakin Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev Qurbanlı qədər şanslı deyil-o, vzifəsindən azad edilib. Yerinə müavini Səfər Mehdiyev təyin olunub.

Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov da kreslosunu saxlayanlar arasındadır. O cümlədən Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov yenidən bu vəzifəyə təyinat alıb.

Mədəniyyət və Truzim Nazirliyində aparılan son struktur dəyişikliyindən sonra yeni yaradılan Dövlət Turizm Agentliyinin sədri vəzifəsinə isə “Paşa İnşaat” MMC-nin keçmiş direktoru Fuad Nağıyev təyin olunub.

Qida Təhlükəsizliyi Agentliyinin sədri Qorxmaz Təhməzli də yerində qalıb və bu, gözlənilən idi. Çünki onun agentliyi yeni yaradılıb, Təhməzli isə fəaliyyətinə bir neçə ay əvvəl başlamışdı. Və bu tezliklə onun başqasıyla əvəzlənməsi gözlənilmirdi.

Dövlət Miqrasiya Xidmətinin rəisi Firudin Nəbiyev isə postunu itirib. Onun yerinə Vüsal Hüseynov təyin olunub. Bu, 91 saylı Ucar seçki dairəsindən deputat Vüsal Hüseynovdur və Qərb təhsillidir, 1980-ci ildə anadan olub.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi Arzu Rəhimov isə postunda qalıb.

Hökumətdə daha iki yeni nazir və komitə sədrləri
Hökumətdə daha iki yeni nazir və komitə sədrləri
Hökumətdə daha iki yeni nazir və komitə sədrləri
Hökumətdə daha iki yeni nazir və komitə sədrləri

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *