Yeni baş nazir ilk çıxışını etdi » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət, Sosial, Video

Yeni baş nazir ilk çıxışını etdi – VİDEO

Yeni baş nazir ilk çıxışını etdi


Azərbaycanın yeni baş naziri Novruz Məmmədov Milli Məclisdə ilk çıxışını edib.

Oxu.Az xəbər verir ki, o qeyd edib ki, bu günə qədər danışmağı sevirdi, bundan sonra başqa sahəyə keçdiyinə görə işləmək lazım olduğunu vurğulayıb:

“Hər şeydən əvvəl mənə göstərilən yüksək etimada görə ilk öncə prezidentə minnətdarlığımı bildirirəm. O, mənim üzərimə çox böyük məsuliyyət qoyub.

Bu, çox mürəkkəb və çətin məsələdir. Ancaq şərəflidir. Onunla bir yerdə işləmək Azərbaycanın indiki halında şərəfli məsələsidir. Dünyada gedən proseslər tarixdə hələ bu səviyyədə gərginlikdə olmayıb.

Ən mürəkkəb geosiyasi regionda yerləşən ölkəmizin sabitliyi və inkişafı hər birimizin qarşısında yüksək məsuliyyət qoyur. İnkişafı daha da genişləndirmək lazımdır. Üzərimə qoyulan bu məsuliyyəti çalışacam ki, dövlət və hökumət strukturları ilə sıx əməkdaşlıq şəraitində yerinə yetirim”.


Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *