Polis Bakıdakı mitinqlə bağlı məlumat yaydı
Bakı şəhər Baş Polis İdarəsi (BŞBPİ) Milli Şuranın bu gün keçirdiyi mitinqlə bağlı açıqlama yayıb.
Oxu.Az-ın xəbərinə görə, açıqlamada deyilir:
“Aprelin 14-də özünü Demokratik Qüvvələrin Milli Şurası adlandıran quruma daxil olan partiya və birliklərin Yasamal rayonundakı idman-sağlamlıq kompleksinin stadionunda Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmış mitinqi keçirilib.
Saat 15.00-dan 17.00-dək davam edən toplantıda Azərbaycan Xalq Cəbhəsi, Müsavat və Azərbaycan Xalq partiyalarının, Müsəlman Birliyi, “NİDA” hərəkatlarının, eləcə də müxalifətyönümlü bir sıra qeyri-hökumət və gənclər təşkilatlarının ümumi sayı 1000 (min) nəfərədək olan üzvü və təəssübkeşi iştirak edib. İctimai asayişin və hüquq qaydasının kobud şəkildə pozulması halları qeydə alınmayıb”.
Mənbə:> Oxu.Az