Bu gün Azərbaycanda prezident seçkiləridir » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət, Sosial

Bu gün Azərbaycanda prezident seçkiləridir

Bu gün Azərbaycanda prezident seçkiləridir

Aprelin 11-i Azərbaycanda prezident seçkiləridir.
Bu gün Azərbaycan seçiciləri növbəti yeddi il müddətinə ölkə prezidentini seçəcəklər.

Mərkəzi Seçki Komissiyasının (MSK) açıqladığı məlumata görə, Azərbaycanda səsvermə hüququ olan 5 milyon 192 min 42 şəxs var.

Seçkilərlə bağlı səsverməyə gəlincə, proses səhər saat 8:00-da başlayıb, axşam saat 19:00-da başa çatacaq.

Qeyd edək ki, MSK səkkiz nəfərin prezidentliyə namizədliyini qeydə alıb.

Bunlar prezidentliyə namizədliyi hakim Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülən İlham Əliyev, namizədliyi Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası tərəfindən irəli sürülən Qüdrət Həsənquliyev, namizədliyi Azərbaycan Sosial Demokrat Partiyası tərəfindən irəli sürülən Araz Əlizadə, namizədliyi Milli Dirçəliş Hərəkatı Partiyası tərəfindən irəli sürülən Fərəc Quliyev, namizədliyi “Cəbhəçilərin təşəbbüs qrupu” tərəfindən irəli sürülən Razi Nurullayev, namizədliyi Müasir Müsavat Partiyası tərəfindən irəli sürülən Hafiz Hacıyev, öz təşəbbüsü ilə namizədliyini irəli sürən Zahid Oruc və namizədliyi Azərbaycan Demokrat Partiyası tərəfindən irəli sürülən Sərdar Məmmədovdur (Cəlaloğlu).

Qeyd edək ki, “Els” Müstəqil Araşdırmalar Mərkəzi, “RƏY” Monitorinq Mərkəzi, Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası ABŞ-ın “Artur Finkelşteyn və Assosiasiya” şirkəti ilə birlikdə və Vətəndaş Cəmiyyəti uğrunda Müstəqil Məsləhət və Yardım Mərkəzi Fransanın “Opinion Way” təşkilatı ilə birlikdə “exit-poll” keçirəcək.

Seçkiləri ümumilikdə 1000-ə yaxın beynəlxalq, 60 minə yaxın isə yerli müşahidəçi izləyəcək.

Onu da qeyd edək ki, bu, ölkəmizin müstəqillik tarixində 8-ci prezident seçkisidir. Bundan öncə 1991, 1992, 1993, 1998, 2003, 2008, 2013-cü illərdə prezident seçkiləri keçirilib.

Mənbə: AzNews.info
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *