Azərbaycanda dövlət strukturlarının kibermüdafiəsi gücləndirildi » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət, Sosial

Azərbaycanda dövlət strukturlarının kibermüdafiəsi gücləndirildi

Azərbaycanda dövlət strukturlarının kibermüdafiəsi gücləndirildi

Prezident seçkiləri ilə əlaqədar Xüsusi Dövlət Mühafizə Xidmətinin Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyi nəzdində Kompüter İnsidentlərinə qarşı Mübarizə Mərkəzi (CERT) dövlət qurumlarının məlumat sistemlərinin mümkün kiberhücumlardan müdafiəsinin təmin olunması məqsədilə gücləndirilmiş iş rejiminə keçib.

Bu barədə Trend-ə CERT-dən məlumat verilib.

Qeyd olunur ki, saytların və şəbəkələrin işi üzərində nəzarət gücləndirilib, kiberhücumlarla bağlı müvafiq tədbirlər görülüb. CERT-in əsas vəzifəsi dövlət strukturlarının resurslarının informasiya təhlükəsizliyinin təmin olunmasıdır.

Mümkün kiberhücumların dəf olunmasına hazırlıq yüksək səviyyədə təşkil olunub və 24 saat ərzində nəzarət altındadır

Mənbə: Trend
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *