“Roma”nın loqotipindəki canavar təsviri İranda senzuraya məruz qaldı – FOTO
İranın dövlət televiziyası İtaliyanın “Roma” futbol klubunun loqotipinə qarşı senzura tətbiq edib.
BBC xəbər verir ki, bu addım “canavarlar”ın İspaniya təmsilçisi “Barselona”ya 1:4 hesabı ilə uduzduqları Çempionlar Liqasının 1/4 final mərhələsinin ilk matçının yayımı zamanı atılıb.
“Roma”nın loqotipində iki uşağa süd verən canavar əks olunub. İtaliyanın yaradıcıları kimi qəbul olunan Romul və Rim canavarın döşlərindən süd əmirlər. İran televiziyasının əməkdaşları matçı efirə verən zaman loqotipdəki həmin hissəni örtməyi məqsədəuyğun sayıblar.
Hələlik İtaliya klubunun rəsmiləri insidentə şərh verməyiblər.
Qeyd edək ki, “Roma” və “Barselona” arasında cavab matçı aprelin 10-da keçiriləcək.
Mənbə:> Virtualaz.org