FETÖ üzvləri Kosovadan Türkiyəyə gətirildi
Türkiyənin Milli kəşfiyyat xidmətinin əməkdaşları FETÖ qruplaşmasının Balkan bölgəsindəki altı üzvünü yaxlayaraq, ölkəyə gətirib.
Oxu.Az xəbər verir ki, bu barədə “Anadolu” xəbər agentliyi yerli mənbələrə istinadən məlumat yayıb.
Əməliyyatın Kosovo xüsusi xidmət orqanlarının dəstəyi ilə keçirildiyi bildirilir.
Cihan Özhan, Kahraman Demirez, Hasan Günakan, Mustafa Erdem, Osman Karakaya və Yusif Karabinin kəşfiyyat xidmətinə aid təyyarə ilə Türkiyəyə gətirildiyi xəbər verilir.
Şübhəlilərin hamısı aidiyyəti üzrə ədliyyə orqanlarına təhvil verilib.
Məlumata görə, saxlanılmış FETÖ üzvləri Balkan ölkələrində terror fəaliyyəti həyata keçirib, məsuliyyətdən yayınan qruplaşma tərəfdarlarının Türkiyədən Avropa ölkələrinə və ABŞ-a qaçmasını təşkil edib.
Türkiyə təhlükəsizlik orqanları müəyyən edib ki, Cihan Özhan Balkan ölkələrinin sahibkarlarından “ianə” toplamaqla məşğul olub; sonradan həmin ianələr, qruplaşmanın ABŞ-ın Pensilvaniya ştatındakı başçısı Fətullah Gülənlə əlaqəli hesaba köçürülüb.
Kahraman Demirez isə terrorçu qruplaşmanın Kosovodakı gənclər qanadına cavabdeh olub.
Mənbə:> Oxu.Az