ABŞ-da “Russia Today”in yayımı dayandırıldı
Rusiyanın “RT” telekanalının ABŞ-da yayımını təmin edən provayder şirkət, telekanalı yayım şəbəkəsindən çıxarıb.
Oxu.Az xəbər verir ki, bu barədə “Russia Today” telekanalının rəhbərliyi məlumat yayıb.
Bəyanata görə, yayımın dayandırılmasına səbəb “RT”yə ABŞ-da beynəlxalq agent statusunun verilməsi olub.
Qərar ABŞ konqresində xarici KİV-in ölkədə fəaliyyətinin məhdudlaşdırılması haqqında qanun layihəsi üzrə müzakirələrin getdiyi bir vaxtda qəbul olunub.
Konqresmenlər xarici KİV-in üzərinə hər yarım ildən bir hesabat vermək öhdəliyi qoymağı təklif edir. Bundan savayı, hər saatdan bir telekanalın efirində, yayımın ölkə xaricindən maliyyələşdirildiyi haqqında məlumatın getməsi təklif olunur.
Maraqlıdır ki, bu ölçülər “BBC” və “France24” telekanallarına şamil olunmayacaq.
Mənbə:> Oxu.Az