Cəbhədə erməni əsgər yaralanıb
Martın 19-da Dağlıq Qarbağın təmas xəttində erməni hərbçi yaralanıb.
Oxu.Az xəbər verir ki, bu barədə Ermənistan KİV-də məlumat yayılıb.
Güllə yarası alan hərbçinin İrəvan hospitalına təxliyyə edildiyi bildirilir.
“Hərbiçinin həyatına hər hansı təhlükə yoxdur” deyə Ermənistan müdafiə nazirliyinin mətbuat-katibi Arsrun Ovannisyan bildirib.
Hadisənin təfərrüatı barədə məlumat verilmir.
Mənbə:> Oxu.Az