İlham Əliyev: “Azərbaycan dünyada nümunəvi ölkələrdən biridir” » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət

İlham Əliyev: “Azərbaycan dünyada nümunəvi ölkələrdən biridir”

İlham Əliyev: “Azərbaycan dünyada nümunəvi ölkələrdən biridir”

“Azərbaycan Respublikası regionlarının inkişafı ilə bağlı üçüncü Dövlət Proqramının icrası bu il başa çatıb. Dövlət proqramının icrası çox uğurla gedib və qarşıda duran vəzifələr icra edilib”.

Bunu “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunan konfransda çıxış edən Prezident İlham Əliyev bildirib. Ölkə başçısı qeyd edib ki, bu proqramların icrası regionların inkişafında dönüş yaradıb.

2003-cü ildən Azərbaycanın böyük uğurlara imza atdığını, ölkəmizdə hərtərəfli inkişafın təmin olunduğunu vurğulayan Prezident bildirib ki, aparılan islahatlar dünya birliyi tərəfindən yüksək qiymətləndirilir.

Azərbaycanda sabitliyin təmin edildiyini, onun mənbəyində isə xalqın iradəsinin, xalq-iqtidar birlyinin durduğunu deyən dövlət başçısı ölkəmizin təhlükəsizlik, əmin-amanlıq şəraitində uğurla inkişaf etdiyi, inkişaf parametrlərinə və vətəndaş həmrəyliyinə görə dünyada nümunəvi ölkələrdən biri olduğunu vurğulayıb.

Xalqın həyat səviyyəsinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlərin əhəmiyyətindən danışan Prezident İlham Əliyev əsas məqsədin dövlətin qüdrətini artırmaqdan və müstəqilliyimizi möhkəmləndirməkdən ibarət olduğunu diqqətə çatdırıb.

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *