Türkiyə baş nazirinin İraqa səfərinin tarixi açıqlandı
Türkiyənin baş naziri Binəli Yıldırım cari həftənin sonu İraqa səfər edəcək.
Oxu.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu səfərin oktyabrın 15-də gerçəkləşəcəyi gözlənilir.
B.Yıldırım səfər çərçivəsində İraqın baş naziri Heydər əl-İbadi ilə görüşəcək. Hər iki rəsminin İraqın şimalında keçirilən “referendum”dan sonrakı vəziyyəti, Başika bölgəsində Türkiyə hərbçilərinin qalmasının vacibliyini müzakirə edəcəkləri gözlənilir.
Mənbə:> Oxu.Az