PKK ilə döyüşlərdə dörd türk hərbçisi şəhid olub
Türkiyənin şərqində Ağrı vilayətində PKK terrorçularına qarşı əməliyyatda dörd türk hərbçisi şəhid olub.
Oxu.Az-ın xəbərinə görə, bu barədə Anadolu agentliyi məlumat yayıb.
Qubernator Süleyman Elbanının sözlərinə görə, əməliyyat zamanı təhlükəsizlik xidmətinin daha səkkiz əməkdaşı yaralanıb.
Bildirilir ki, bölgədə xüsusi əməliyyat kürdlərin üç miqrantı öldürməsindən sonra başlayıb.
Mənbə:> Oxu.Az