İki yaşlı Zəhranın atası: Qızımın qanını yerdə qoymayacağam » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət, Qarabağ, Hərbi

İki yaşlı Zəhranın atası: Qızımın qanını yerdə qoymayacağam

İki yaşlı Zəhranın atası: Qızımın qanını yerdə qoymayacağam


“Ermənilər dəfələrlə bizim kəndimizi atəşə tutub. Bir neçə gün əvvəl də mərmi atmışdılar”.

AzNews.info-nun məlumatına görə, bunu AzVision.az-a açıqlamasında bu gün axşam saatlarında düşmən təxribatı nəticəsində həlak olan Füzuli rayonunun Alxanlı kənd sakini 2 yaşlı Zəhra Quliyevanın atası Elnur Quliyev deyib.

O, erməni işğalçılarından anasının və qızının intiqamını alacağını söyləyib:

“Mən bu qanı yerdə qoymayacağam. Anamın da, qızımın da intiqamını alacağam”.

Qeyd edək ki, iyulun 4-də saat 20:40 radələrində Ermənistan silahlı qüvvələri tərəfindən Füzuli rayonun Alxanlı kəndi 82 və 120 millimetrlik minaatanlardan və dəzgahlı qumbaraatanlardan atəşə tutulub.

Düşmən təxribatı nəticəsində kənd sakinləri 1967-ci il təvəllüdlü Quliyeva Sahibə İdris qızı və nəvəsi 2015-ci il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı həlak olub.

Mənbə: AzVision.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *