Azərbaycanda daha bir KİV rəhbərinə Dövlət sirri ilə bağlı xəbərdarlıq edildi
Baş Prokurorluq “Hüriyyət” qəzetinə xəbərdarlıq edib.
Qurumdan virtualaz.org-a verilən məlumata görə, “Hürriyyət” qəzetində və həmin dövri mətbu nəşrin internet saytında dərc edilmiş müxtəlif başlıqlı məqalələrdə dövlət sirri haqqında, eləcə də cinayət və cinayət-prosessual qanunvericiliyin müddəalarının tələblərinin kobud surətdə pozulmaqla Azərbaycan Respublikasının təhlükəsizliyinə ziyan vura biləcək informasiyalar ictimailəşdirilib.
Qeyd edilənlərlə əlaqədar qəzetin baş redaktoru Vüqar Məmmədov Baş Prokurorluğa dəvət edilərək “Prokurorluq haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə müvafiq olaraq “Kütləvi informasiya vasitələri haqqında” Qanunun 10-cu maddəsinə əsasən kütləvi informasiya vasitələrindən sui-istifadə olunmasına yol verilməməzliyi diqqətinə çatdırılmaqla, gələcəkdə qanunvericiliyin tələblərinə zidd məlumatların yayılmasının davam etdiriləcəyi təqdirdə barəsində cinayət məsuliyyəti də daxil olmaqla, qanunvericilikdə nəzərdə tutulmuş daha ciddi tədbirlər görüləcəyi barədə rəsmi xəbərdarlıq edilib.
Mənbə:> Virtualaz.org