“Zakir Həsənov nazir oğullarını orduya çağırır”
Azərbaycan ordusunun sabiq korpus komandiri, Birinci Qarabağ Müharibəsinin iştirakçısı, general-leytenant Yaşar Aydəmirov haqqin.az-a müsahibə verib
O, Azərbaycan Silahlı Qüvvələrinin bu günkü durumu, aparılan hərbi islahatlar, eləcə də ordunun nüfuzunun artırılması üçün görülən işlərdən danışıb.
General öz müsahibəsində cəmiyyəti maraqlandıran olduqca mühüm bir məsələyə – imkanlı, vəzifəli şəxslərin övladlarının orduya çağırılmaması ilə bağlı məqama da aydınlıq gətirib.
Y.Aydəmirov bildirib ki, Zakir Həsənov nazir təyin olunandan sonra orduya nəinki hansısa məmurların, hətta nazirlərin oğulları da çağırılır:
“Ölkəni hamı qorumalıdır. Həm varlılar, həm də kasıblar. Burada başqa variant ola bilməz. Əgər biz bu ölkənin havası ilə nəfəs alırıqsa, onun çörəyini yeyiriksə və əgər bizim əcdadlarımız burada dəfn olunubsa, onu son damla qanımıza qədər qorumaq hər birimizin borcudur”.
Mənbə:> Haqqin.az