Erməni silahlıları cəbhə xəttində təxribata əl atıblar » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət, Qarabağ, Hərbi

Erməni silahlıları cəbhə xəttində təxribata əl atıblar

Erməni silahlıları cəbhə xəttində təxribata əl atıblar


Erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 20 dəfə pozub.

Oxu.Az-ın Müdafiə Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Ermənistan Respublikası Noyemberyan rayonunun Dovex, İcevan rayonunun Berkaber kəndlərində yerləşən mövqelərdən Qazax rayonunun Kəmərli, Qızılhacılı kəndlərində, Berd rayonunun Ayqepar, Çinari kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Əlibəyli, Ağbulaq kəndlərində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.

Tərtər rayonunun işğal altında olan Göyarx, Çiləbürt kəndləri yaxınlığında, həmçinin Goranboy, Füzuli və Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

Əməliyyat şəraitinə uyğun olaraq bölmələrimiz tərəfindən adekvat cavab tədbirləri görülüb.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *