Lukoşenko: Belarusda ölüm hökmünü ləğv etmək olmaz
“Belarusda hazırda ölüm hökmünü ləğv etmək olmaz”, bu barədə jurnalistlərlə görüşündə ölkənin prezidenti Aleksandr Lukaşenko bildirib.
Bu barədə TASS xəbər verir.
“Ölüm hökmünü ləğv etmək ixtiyarım yoxdu, axı bizdə referendum keçirilib”, - o, deyib.
Lukaşenko qeyd edib ki, əgər insanlar ölüm hökmünün əleyhinə səs verdiyi halda bu cəzanı ləğv edə bilər.
“Gəlin Amerikadan başlayaq, siz onları ölüm hökmünü ləğv etməyə məcbur edin”, - təklif edən Lukaşenko, bu məsələdə Aİ-nin ikili standartlarının olduğunu vurğulayıb.
Mənbə:> TASS