Hadi Rəcəblidən mediaya qəribə qadağa » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət, Sosial, Media

Hadi Rəcəblidən mediaya qəribə qadağa

Hadi Rəcəblidən mediaya qəribə qadağa


Milli Məclisin Əmək və sosial siyasət komitəsinin fevralın 6-da keçiriləcək komitə iclasına jurnalistlər dəvət olunmayıb.

Aznews.info Qafqazinfo-ya istinadla xəbər verir ki, iclasda “Pensiya islahatları haqqında” yeni qanun layihəsi müzakirəyə çıxarılacaq. Bu barədə anonsu elə komitənin sədri Hadi Rəcəbli bundan əvvəlki iclasda vermişdi.

O qeyd etmişdi ki, yeni qanun layihəsinin müzakirəsində Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov da iştirak edəcək. Maraqlıdır ki, yeni layihədə nələrin əks olunduğu barədə, hələ ki, ictimaiyyətdə heç bir məlumat yoxdur. Elə komitə sədri də layihə barədə iclas keçirilən günə kimi ictimaiyyətə məlumat verilməməsini komitə üzvlərinə tövsiyə etmişdi.

Qeyd edək ki, layihənin müzakirəsində parlamentdə akkreditə olunmuş jurnalistlərin də iştirakı gözlənilirdi. Amma məlum olub ki, iclasa yalnız AzTV, İTV, AZƏRTAC və “Azərbaycan” qəzetinin müxbirləri dəvət olunub.

Müzakirəyə yalnız rəsmi medianın buraxılmasının isə maraqlı səbəbi var. Komitə sədri Hadi Rəcəblinin hər dəfə səsləndirdiyi fikirlər cəmiyyətdə böyük rezonansa səbəb olur. Belə ki, bir müddət əvvəl müəllimləri dərsdən sonra bənna işləməyi tövsiyə etməsi, Qarabağ müharibəsi iştirakçılarına təqaüd verilməməsi haqda səsləndirdiyi fikirlər böyük qalmaqala səbəb olmuşdu. Son olaraq isə “Köçkünlər pəncərəni açıq qoyurdu” ifadəsini səsləndirməsi sosial şəbəkələrdə ciddi tənqid edilir.

Ehtimal olunur ki, iclasa ancaq dövlət informasiya resurslarının dəvət olunması komitə sədrinin tapşırığıdır. O, öz dilindən çıxan informasiyaların mətbuatda rezonans doğurmasından ciddi şəkildə narahatdır. Ona görə də yalnız rəsmi informasiyaların mətbuatda dərc olunmasını istəyir.

Parlamentin payız sessiyasında da spiker Oqtay Əsədov Hadi Rəcəbliyə mətbuata az çıxmağı tövsiyə etmişdi. Elə o müddətdən bəri Hadi Rəcəbli xüsusi olaraq saytlara və telekanallara müsahibə vermir.

Mənbə: Qafqazinfo.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *