Dövlət başçısı: Maaş və pensiyalar yenə də artmalıdır » AzNews.info -Xəbər portalı

Dövlət başçısı: Maaş və pensiyalar yenə də artmalıdır

Dövlət başçısı: Maaş və pensiyalar yenə də artmalıdır


“Ötən il Azərbaycanda sosial məsələlərin həlli diqqət mərkəzində olub”.

Aznews.info APA-ya istinadən xəbər verir ki, bunu Azərbaycan prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında bildirib.

O qeyd edib ki, maaşlar 7%, pensiyalar 8% artıb və yenə də artmalıdır. Prezidentin sözlərinə görə, bununla yanaşı, kommunal xidmətlərin diferensiallaşdırılması da sosial ədalət prinsipinə əsaslanıb, orta təbəqənin maraqları nəzərə alınıb:

“Sosial siyasətin tərkib hissəsi kimi 485 məktəb təmir olunub, 29 məktəb tikilib, 41 tibb müəssisəsi inşa edilib və ya təmir olunub. Məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması diqqətdə saxlanılıb”.

Dövlət başçısı onu da bildirib ki, “ASAN xidmət” mərkəzlərinin sayı 11-ə çatdırılıb: “İndiyə qədər bu mərkəzlərə 13 milyon müraciət daxil olub və göstərilən xidmətlərin sayı artırılıb”.

Mənbə: APA
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *