Hindistanda nazir öldü: 470 nəfər qüssədən canını tapşırdı
Hindistanın Tamiland ştatının rəhbərliyi qəribə xəbər yayıb. Belə ki, dekabrın 5-də uzun sürən xəstəlikdən sonra xəstəxanada vəfat etmiş tanınmış siyasətçi, nazir xanım Cayaram Cayalalitanın yoxluğundan qüssələnən 470 nəfər dünyasını dəyişib.
AzNews.info Virtual Azərbaycana istinadən xəbər verir ki, həmin 470 nəfərin necə öldüyü barədə məlumat verilmir. Bu hadisələrin böyük əksəriyyətinin intihar olduğu istisna olunmur.
Mənbə:> Virtualaz.org