Fransa şirkəti Azərbaycanda referendum öncəsi sorğu keçirib » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət, Sosial, Maraqlı

Fransa şirkəti Azərbaycanda referendum öncəsi sorğu keçirib – FOTO

Fransa şirkəti Azərbaycanda referendum öncəsi sorğu keçirib

Fransanın “Opinon Way” Tədqiqatlar İnstitutu Azərbaycanda referendum öncəsi mühitin qiymətləndirilməsi məqsədilə ölkə əhalisi arasında rəy sorğusu keçirib.

Oxu.Az-ın məlumatına görə, sorğu müddətində Azərbaycanın bütün ərazisini əhatə etməklə kvotalı təsadüfi seçmə metodologiyası əsasında müəyyənləşdirilmiş 1200 respondentlə üzbəüz müsahibə aparılıb.

Tədqiqat məqsədləri üçün 3 blokda qruplaşdırılmış 12 sualdan ibarət sorğu anketindən istifadə edilib ki, bu suallar respondentin sosial-demoqrafiq göstəriciləri, ölkədə mövcud siyasi-iqtisadi vəziyyət haqqında baxışları və qarşıdan gələn referenduma çıxarılacaq məsələlərə münasibətini öyrənməyə istiqamətlənib.

Tədqiqat müddətində rəyi soruşulanların 82%-i Azərbaycan Respublikasında siyasi sistemin fəaliyyətindən razı olduğunu bildirib, respondentlərin 93%-i hazırda Azərbaycanda həyata keçirilən işlərin düzgün istiqamətdə aparıldığı qənaətindədir.

Sorğuda iştirak edənlərin 96%-i prezident kimi İlham Əliyevin öz vəzifəsini uğurla icra etdiyini göstərib.

Respublikada bir sıra problemlərin mövcud olduğu fikrində olan respondentlər ən vacib problemlər kimi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsini (77%) və iqtisadi durumla bağlı çətinliyi (41%) qeyd ediblər.

Rəyi öyrənilən respondentlərin 81%-i sentyabrın 26-da keçiriləcək referendumda iştirak edəcəyini göstərib. Yalnız bütün respondentlərin 5%-i hələ də səsvermə prosesinə qatılmaq barəsində yekun qərar vermədiyini bildirib.

Bütün respondentlərin 87%-i Konstitusiyaya təklif edilən əlavə və dəyişikliklərin ümumilikdə zəruri olduğunu qeyd edib. Konstitusiyaya təklif edilən bu və ya digər əlavə və dəyişikliklər nəticəsində müvafiq sahələrin inkişafına təsirinə gəlincə, respondentlərin 88%-i bu təsirin müsbət olacağı qənaətindədir.

Rəyi öyrənilənlər xüsusən də, təhlükəsizliyin və müdafiənin təmin edilməsi və insan hüquq və azadlıqlarının konstitusion təminatları ilə bağlı təkliflərin bu sahələrdə gələcək inkişafa stimul verəcəyini düşünürlər.

Fransa şirkəti Azərbaycanda referendum öncəsi sorğu keçirib
Fransa şirkəti Azərbaycanda referendum öncəsi sorğu keçirib
Fransa şirkəti Azərbaycanda referendum öncəsi sorğu keçirib
Fransa şirkəti Azərbaycanda referendum öncəsi sorğu keçirib
Fransa şirkəti Azərbaycanda referendum öncəsi sorğu keçirib
Fransa şirkəti Azərbaycanda referendum öncəsi sorğu keçirib
Fransa şirkəti Azərbaycanda referendum öncəsi sorğu keçirib
Fransa şirkəti Azərbaycanda referendum öncəsi sorğu keçirib

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *