Kılıçdaroğlu: “Hökumətə hər şeyi verməyə hazırıq”
Terrorla mübarizə sahəsində hökumətin müxalifətdən istədiyi hər şeyi verməyə hazırıq.
Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Türkiyənin Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğlu söyləyib.
Onun sözlərinə görə, Türkiyə terrora son qoymalıdır:
“Terrorla mübarizə sahəsində zəifik deyə, bir problem olmamalıdır. Mübarizənizi aparın və ölkəni bu bəladan xilas edin. Əlimizdən gələn bütün yardımları göstərməyə hazırıq”.
Mənbə:> Axar.az