Uorlik: " Həmsədrlər istənilən vaxt Ankaraya getməyə hazırdırlar”
“Səylərimizə Türkiyənin dəstəyini cəlb etmək imkanını yüksək qiymətləndiririk”.
AzNews.info xəbər verir ki, bunu APA-ya açıqlamasında ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik deyib.
O bildirib ki, həmsədrlər Dağlıq Qarabağ münaqişəsi üzrə sülh prosesinə dair məsləhətləşmələr aparmaq üçün Minsk qrupu ölkələrinin paytaxtlarında olublar: “Biz Türkiyə rəsmiləri ilə fikir mübadiləsi aparmaq, həmçinin substantiv danışıqlarda irəliləyiş əldə etmək və zorakılıq risklərini azaltmaq üçün tədbirlər həyata keçirmək səylərimizə onların da dəstəyini cəlb etmək imkanını yüksək dəyərləndiririk”.
Mənbə:> APA