Baş qərargah rəisi belə xilas edildi - Hulusi Akar haradadır? – VİDEO
Baş qərargah rəisi Hulusi Akarın xilas edildikdən sonra Çankaya Köşkünə gətirildiyi görüntülər yayımlanıb.
ATV.az-ın məlumatına görə, bu barədə məlumat və video Türkiyənin Baş naziri Binəli Yıldırımın Tvitter hesabından yayımlanıb. Məlumatda deyilir: “Baş qərargah rəisimiz Hulusi Akar sağ-salamat xilas edilib və hazırda Çankaya Köşkündə yaradılmış Böhran Mərkəzində vəzifəsini icra edir".
Mənbə:> ATV.az