"TRT–də oxunan bəyanat yalandır"
Türkiyənin Milli Müdafiə Naziri Fikri Işık dövlət çevrilişi ilə bağlı açıqlama verib.
ANS PRESS-in məlumatına görə, NTV televiziyasında canlı yayımda danışan nazir deyib ki, Türkiyə ordusunun içərisində bir qrup qiyama cəhd edib. “Onların TRT –də oxuduğu bəyanatlar yalandır, saxtadır."
Nazir bildirib ki, qərargah rəisi Hulusi Akarın bir qrup əsgərin əlində girov olduğu barədə məlumatlar var.
Mənbə:> ANS PRESS