İlham Əliyev nazirləri topladı
Bu gün Azərbaycan prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2016-cı ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirilib.
Oxu.Az-ın məlumatına görə, dövlət başçısı iclası giriş nitqi ilə açıb.
Sonra müdafiə sənayesi naziri Yavər Camalov, kənd təsərrüfatı naziri Heydər Əsədov, “Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyətinin sədri Əhməd Əhmədzadə ilin altı ayının yekunlarına dair məruzələrlə çıxış ediblər.
Prezident İlham Əliyev iclasda yekun nitqi söyləyib.
Mənbə:> Oxu.Az