Ermənistanda tələbələr hərbi xidmətə çağırılacaq
Ermənistanda tələbələrin hərbi xidmətə çağırılması barədə qanun layihə üzərində iş artıq yekunlaşıb.
Oxu.Az-ın Sputnik Ermənistan-a istinadən xəbər verir ki, bunu hökumət aparatının rəhbəri David Harutyunyan deyib.
O bildirib ki, Ermənistan hökuməti həftə ərzində tələbələrin hərbi xidmətdən möhlət hüququnun ləğvini nəzərdə tutan qanun layihəsinə baxacaq.
Mənbə:> Oxu.Az