Azərbaycanlı qadın Ermənistana keçməyib » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət, Qarabağ, Hərbi

Azərbaycanlı qadın Ermənistana keçməyib – AÇIQLAMA

Azərbaycanlı qadın Ermənistana keçməyib


Tovuz rayon Yanıqlı kənd sakini Zöhrə Vardzor qızı Vəliyevanın guya Ermənistan tərəfə keçməsi haqda erməni mediasının yazdıqları yalandır.

AzNews.info xəbər verir ki, bu barədə Report-a Tovuz rayon İcra Hakimiyyətinin Yanıqlı kənd üzrə nümayəndəsi Yaşar İsmayılov bildirib.

İcra nümayəndəsi qeyd edib ki, bu xəbərlər həqiqəti əks etdirmir:

“Tovuz rayon Yanıqlı kəndində bu adlı, soyadlı sakin yoxdur. Erməni mediasında adı yazılmış şəxsin atasının adı da uydurma olması ilə diqqət çəkir”.

Qeyd edək ki, “News.am” erməni saytı bu gün 39 yaşlı Tovuz rayon Yanıqlı kənd sakini Zöhrə Vardzor qızı Vəliyevanın qarşı tərəfə keçməsi haqda xəbər yayıb.

Mənbə: Report.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *