Obama Bakıya məktub göndərdi
Mən 23-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi ilə əlaqədar sizi təbrik edirəm. Azərbaycan enerji diversifikasiyası sahəsində etibarlı tərəfdaş olaraq qalır.
APA-nın məlumatına görə, bu sözlər ABŞ Prezidenti Barak Obamanın Bakıda keçirilən 23-cü Beynəlxalq Neft və Qaz Sərgisinin iştirakçılarına göndərdiyi təbrik məktubunda yer alıb.
B.Obama bildirib ki, ABŞ Azərbaycan iqtisadiyyatının diversifikasiyasını və hərtərəfli inkişafını dəstəkləyir:
“ABŞ Azərbaycanın ən böyük tərəfdaşı olmaqda davam edir”.
Mənbə:> APA