Doroxin: Rusiya Azərbaycanla Ermənistana qarşı və əksinə dostluq etmir
Rusların azərbaycanlılar və ermənilər, Rusiyanın Azərbaycan və Ermənistan ilə münasibətlərinə gəldikdə isə, tarixi olaraq bu münasibətlər müxtəlif cür inkişaf edib. Burada etnik, dini, mədəni amillərin rolu var.
Oxu.Az xəbər verir ki, bu barədə Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin Azərbaycan Dövlət İqtisad Universitetinin tələbələri ilə görüşdə Rusiyada rusların azərbaycanlılara mənfi və əksinə ermənilərə müsbət münasibətlərinə dair suala cavab verərkən bildirib.
Səfir Doroxinin sözlərinə görə, siyasət və iqtisadiyyat böyük rol oynayır.
“Ermənistan Rusiyanın hərbi-siyasi müttəfiqi olmaq qərarına gəlib, ölkəmizlə dərin iqtisadi inteqrasiyaya girib. Azərbaycan fərqli modeli – hərbi-siyasi və iqtisadi öhdəliklərsiz tərəfdaş olmağı seçib”, - o bəyan edib və əlavə edib ki, Rusiya hər iki seçimə hörmətlə yanaşır.
“Bizim üçün həm Azərbaycan, həm də Ermənistan mühümdür. Biz bu ölkələri qarşılaşdırmırıq. Azərbaycan ilə Ermənistana qarşı və əksinə dostluq etmirik. Bu hər iki ölkənin Rusiyadakı diasporuna da aiddir. Rusiyanın azərbaycanlıların və ermənilərin incikliklərə görə hesablaşdığı bir yerin olmasını istəmirik.
Dövlət siyasətimiz buna istiqamətlənib. Rusiyada azərbaycanlılara ermənilərdən pis münasibət bəsləndiyi deyiləndə isə bu, sadəcə emosiyalardır.
Mənbə:> Oxu.Az