Putinin Türkiyəyə getməyə vaxtı yoxdur
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Vladimir Putinin BMT-nin 23-24 may tarixlərində İstanbulda keçiriləcək humanitar sammitində iştirakdan imtina etməsinin səbəblərindən danışıb.
Oxu.Az Lenta.ru-ya istinadən xəbər verir ki, Peskov prezidentin iş cədvəlində bu səfərin nəzərdə tutulmadığını bildirib.
“Təəssüf ki, cədvəldə bu səfər üçün yer yoxdur. Rusiya digər səviyyədə təmsil olunacaq”, - o deyib.
Mənbə:> Oxu.Az