Təmas xəttində növbəti monitorinq gözlənilir » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət, Qarabağ, Hərbi

Təmas xəttində növbəti monitorinq gözlənilir

Təmas xəttində növbəti monitorinq gözlənilir


ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, mayın 19-da Azərbaycan Respublikası Ağdam rayonunun Baş Qərvənd kəndinin şimalından keçən Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttində növbəti monitorinqin keçirilməsi planlaşdırılır.

Bu barədə Oxu.Az-a Müdafiə Nazirliyinin mətbuat xidmətindən xəbər verilib.

Məlumata əsasən, monitorinqi Azərbaycan Silahlı Qüvvələrinin nəzarət etdiyi ərazidə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Xristo Xristov və Yüksək Səviyyəli Planlaşdırma Qrupunun (YSPQ) rəhbəri polkovnik Hans Lampalzer keçirəcəklər.

Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş və nəzarət olunan Azərbaycan ərazisində isə monitorinqi ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Piter Şvedberq, Saymon Tiller və YSPQ-in nümayəndəsi polkovnik Andrey Baraşkin keçirəcəklər.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *