Erməni ordusunun hərbçisi öldü
Mayın 14-də Ermənistanın Vayotsdzor rayonunun (Naxçıvanla sərhəddə - red.) ərazisində erməni əsgəri öldürülüb.
Oxu.Az xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyinə istinadən erməni KİV-i məlumat yayıb.
Bildirilir ki, ölən 25 yaşlı Aram Ohanyan.
Xatırladaq ki, mayın 12-də Ermənistanın Silahlı Qüvvələri Azərbaycan ordusunun Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonu ərazisindəki mövqelərini atəşə tutmuşdular.
Düşmən təxribatı nəticəsində əsgərimiz Yusif Quluzadə yaralanmışdı.
Mənbə:> Oxu.Az