Ermənilər qaçdıqları Azərbaycan torpaqlarına qayıtmırlar » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət, Qarabağ, Sosial

Ermənilər qaçdıqları Azərbaycan torpaqlarına qayıtmırlar

Ermənilər qaçdıqları Azərbaycan torpaqlarına qayıtmırlar


"Ermənilər tərk etdikləri Xocavənd və Ağdərə rayonlarına geri qayıtmaq niyyətində deyillər". ANS PRESS-in euronews.ru saytına istinadən verdiyi məlumata görə, onlar Azərbaycan ordusundan qorxurlar. Evləri tərk edənlərin çoxu Şuşa və Xankəndidə, qalanları isə Ermənistanda məskunlaşıblar.


Talış, Madaqis və Ağdərə rayonundan qaçmış əhalinin bir qismi öz qohumlarının evində yaşayır. Ermənistan rəhbərliyi isə bu tendensiyadan çox narahatdır, çünki onlar əhaliyə geri qayıtmaq barədə göstəriş versələr də, görünür, bu çağırışlar heç bir nəticə vermir.

"Mən Talış və Madaqis istisna olmaqla, bütün kənd icmalarının üzvlərini öz evlərinə geri qayıtmağa çağırıram. Çünki onların qaçması üçün heç bir əsas yoxdur, vəziyyət nəzarətimiz altındadır. Sizi əmin edirəm ki, bütün problemlər hökumətin diqqət mərkəzindədir və geri qayıtdıqdan sonra da bütün problemləriniz həll olunacaq. Hətta işsiz olanlar da işlə təmin olunacaqlar”, - deyə Ağdərədə bir qrup erməni sakinlərlə görüşən qondarma rejimin “baş naziri” Ara Arutyunyan deyib.

O bildirib ki, geri qayıdanlara hər cür yardım göstəriləcək, evləri bərpa ediləcək. Onun sözlərinə görə, geri qayıtmaq və mümkün qədər tez bir vaxtda kənd təsərrüfatı işlərinə başlamaq lazımdır.

Mayın 3-də də erməni saytları Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ ərazisində məskunlaşan ermənilərin evlərini qoyub qaçdığı barədə məlumat yayıb. Erməni icmasının əlaqələndiricisi Slava Bayunstunun sözlərinə görə, artıq 90 erməni ailə Talış kəndindəki evlərini tərk edib.

Bayunstun deyib ki, aprel müharibəsindən sonra Talış kəndində yaşayan 90 ailə, yəni 370 insan Ermənistanda sığınmaq üçün evlər axtarıb. Onlar problemin həlli üçün hətta hökumətə məktub da göndəriblər.
Ermənilər qaçdıqları Azərbaycan torpaqlarına qayıtmırlar

Bu ilin aprelində "dördgünlük müharibə" nəticəsində Dağlıq Qarabağın bir çox ərazilərində ermənilər evlərini tərk ediblər. Aprelin 7-də Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) nümayəndəsi Zaru Amatuni bildirib ki, üç minə yaxın erməni Dağlıq Qarabağda qoşunların təmas xəttindəki gərginliyə görə ərazini tərk edib.

Onun sözlərinə görə, Dağlıq Qarabağda yardım və digər ehtiyacların miqyası böyükdür. Hələ də kömək üçün müraciətlər davam edir. İlkin hesablamalara görə, Dağlıq Qarabağın 3 minə yaxın sakini evlərini tərk edib.

Aprelin 2-dən 5-dək davam edən 4 günlük müharibə zamanı Azərbaycan ordusu Talış və Madaqis kəndlərini atəş altında saxlamaq imkanı verən yüksəklikləri ələ keçirib.

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *