Azərbaycan 8 may tarixini qələbə günü kimi qeyd edə bilmir » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət, Qarabağ, Tarix

Azərbaycan 8 may tarixini qələbə günü kimi qeyd edə bilmir – BƏYANAT

Azərbaycan 8 may tarixini qələbə günü kimi qeyd edə bilmir


İşğalçı qüvvələr çıxarılana və Azərbaycanın ərazi bütövlüyü bərpa olunana kimi 8 may tarixi Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalının davam etməsi ilə əlaqələndiriləcək.

AzNews.info xəbər verir ki, APA-nın məlumatına görə, bu barədə Azərbaycanın ATƏT yanındakı daimi nümayəndəliyinin Daimi Şuranın 1099 saylı iclasında II Dünya müharibəsi qələbəsinin 71 illiyi ilə bağlı bəyanatında deyilir.

Bildirilib ki, 9 may qələbə günü Azərbaycanda geniş şəkildə qeyd olunur:

“Anti-faşist koalisiyasının bütün üzvləri kimi Azərbaycanın mərd insanları qələbə üçün vacib töhfə veriblər. Azərbaycan 640 mindən çox qız və oğlanlarını cəbhə xəttinə göndərib. Onların demək olar ki, yarısı qayıtmayıb.

Neftlə zəngin Bakının da böyük qələbə üçün töhfəsi danılmazıdır. Azərbaycan müharibə dövründə neftin dörddə birini, aviasiya yanacağının 90 faizini təmin edib”.

Bəyanatda deyilir ki, təəssüf ki, II Dünya müharibəsi Azərbaycanın iştirak etdiyi son müharibə olmadı:

“Müstəqilliyinin ilk illərindən Azərbaycan suveren ölkə kimi Ermənistan təcavüzünün qurbanı olub və Ermənistanın başlatdığı müharibə nəticəsində minlərlə insanını itirib. Nasizm üzərində qələbə günün Erməni silahlı qüvvələri tərəfindən Azərbaycanın gözəl və qədim şəhəri olan Şuşanın işğalından 24 il keçir.

Bu şəhərdə yerli əhaliyə qarşı etnik təmizləmə siyasəti həyata keçirilib. Şuşa 8 may 1992-ci ildə erməni təcavüzünün qurbanı olub” .

ATƏT yanında Daimi Nümayəndəliyi daha sonra bəyan edib ki, Azərbaycan ərazilərinin işğalı ilə bağlı BMT Təhlükəsizlik Şurası işğalçı qüvvələrin dərhal, qeyd-şərtsiz və tamamilə Azərbaycan ərazisindən çıxarılmasını tələb edən 4 qətnamə qəbul edib:

“Təəssüf ki, bu qətnamələr hələ də yerinə yetirilməyib və Ermənistan bu zorakı aktlar üçün cəzalandırılmayıb. Azərbaycan 8 may tarixini qələbə günü kimi qeyd edə bilmir. İşğalçı qüvvələr çıxarılana və Azərbaycanın ərazi bütövlüyü bərpa olunana kimi 8 may tarixi Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalının davam etməsi ilə əlaqələndiriləcək.

Biz gözləyirik ki, ATƏT icması Azərbaycanın işğal olunmuş ərazilərinin azad edilməsi və regionda sülh və təhlükəsizliyin bərpa olunması istiqamətində səyləri dəstəkləyəcək”.

Mənbə: APA
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *