Alfred Kox: Ermənilər, bəlkə siz heç özünüz də soyqırımın olduğundan əmin deyilsiniz?
Mən başa düşə bilmirəm, qondarma “erməni soyqırımı”nın türklər tərəfindən tanınması sizin nəyinizə lazımdır? Onlar tanımasa nə olacaq, elə çıxacaq ki, “soyqırım” olmayıb? Onu sizin özünüz tanımanız yetərli deyil?
Əgər qondarma “erməni soyqırımı” faktı Yerin kürə şəklində olması kimi təkzibedilməz faktdırsa, o zaman “cahillərin” onu tanıması sizin nəyinizə lazımdır? Və ya bilərəkdən yanıltmağa çalışanların tanıması nəyə lazımdır?
Oxu.Az xəbər verir ki, bu barədə hazırda Almaniyada yaşayan məşhur rusiyalı dövlət və ictimai xadim Alfred Kox öz Facebook səhifəsində yazıb.
Məgər kiminsə Yerin yastı olmasına inandığına görə, o, kürə formasını itirəcək? Başqa cür deyək: cinayətin dəlilləri var, amma etirafı olunmadığı halda, nə qədər cinayətkarı həbsxanaya salırlar? Bu etiraflar nəyə lazımdır, əgər faktlar varsa?
Türklərin sizin üçün açıq-aşkar olan cinayəti etiraf etmələri üçün göstərdiyiniz inadkarlıq istər-istəməz bu fikrə gətirir ki, siz özünüz də hər şeyin dediyiniz kimi olduğuna əmin deyilsiniz...
Sonunda beynəlxalq məhkəməyə müraciət edin. Qoy onlar hüquqi qərar çıxarsınlar. Bu məsələni birdəfəlik bağlayın, heç türklərin etirafı da lazım olmasın” - A.Kox 1915-ci il qondarma “erməni soyqırımı”nın tanınmasına çalışan dünya ermənilərinin cəhdinə belə sərt cavab verib.
Mənbə:> Oxu.Az