Qarabağda işğalçı yaralandı
Cəbhə xəttinin Talış kəndi yaxınlığında Azərbaycan və Ermənistan orduları arasında atışma baş verib.
Oxu.Az xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumata əsasən, atışma zamanı düşmən ordusunun 1994-cü il təvəllüdlü əsgəri Ayk Vazqenoviç Minasyan yaralanıb.
Mənbə:> Oxu.Az