Sumqayıt ayaqda: minlərlə şəhər sakini şəhidini son mənzilə yola saldı » AzNews.info -Xəbər portalı

Sumqayıt ayaqda: minlərlə şəhər sakini şəhidini son mənzilə yola saldı – VİDEO

Sumqayıt ayaqda: minlərlə şəhər sakini şəhidini son mənzilə yola saldı


Bu gün Sumqayıtda сəbhə xəttində gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuş Axundov Əbdülməcid Nadirşah oğlunun dəfn mərasimi keçirilib.

Mərasimdə Mədəniyyət və Turizm Nazirinin birinci müavini Vaqif Əliyev, Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, Müdafiə Nazirliyinin rəsmiləri, millət vəkilləri, hüquq mühafizə orqanlarının rəhbərləri, şəhər ictimaiyyətinin nümayəndələri və minlərlə şəhər sakini iştirak edib. Qeyd edək ki, Əbdülməcid Axundov 1993-cı ildə anadan olub.

2010-cü ildə Sumqayıt şəhərində yerləşən 16 saylı orta ümumtəhsil məktəbini bitirib. O, Azərbaycan Texniki Universitetində ali təhsil alıb. Qeyd edək ki, Ə. Axundov 2015-ci ilin iyul ayında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sumqayıt şöbəsi tərəfindən həqiqi hərbi xidmətə çağırılıb. Azərbaycan Texniki Universitetinin məzunu olan Ə.Axundovun xidməti başa vurmasına 3 ay qalıbmış.

Məlumat üçün bildirək ki, bununla da Sumqayıt şəhərinin şəhidlərinin sayı 4-ə çatıb. Ə. Axundov Sumqayıt şəhər Mədəniyyət və Turizm idarəsinin məsləhətçisi Ceyran Axundovanın oğludur. Allah rəhmət eləsin!


Mənbə: Xeberle.com
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *