Müdafiə Nazirliyindən cəbhədəki son vəziyyətlə bağlı AÇIQLAMA
Təmas xəttində vəziyyət gərgin və stabildir.
AzNews.info xəbər verir ki, bunu APA-ya açıqlamasında Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Vaqif Dərgahlı bildirib.
V. Dərgahlı deyib ki, bu gecə erməni silahlı bölmələri Tərtər-Ağdərə və Xocavənd-Füzuli istiqamətində təmas xəttində olan əraziləri artilleriya atəşinə tutub. Ölən və yaralanan yoxdur.
Azərbaycan Silahlı Qüvvələri əməliyyat şəraitinə nəzarət edir.
Mənbə:> APA