Ərdoğandan Pakistana başsağlığı
Pakistanda baş verən hücum terrorun sərhədlər və dəyərlər tanımayan üzünü bir daha ortaya çıxardı.
Axar.az xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
“Pakistan Prezidenti, dostum Məmnun Hüseynə, Baş nazir Nəvaz Şərifə və qardaş xalqa başsağlığı verirəm. Ailələrin, xüsusilə uşaqların olduğu parkda baş verən faciə terrorun sərhəd tanımayan üzünü bir daha ortaya çıxardı. Bu hadisə bütün dünya ölkələrinin terrora qarşı səmimi münasibətini təmin edəcək”, - Ərdoğan vurğulayıb.
Mənbə:> Axar.az