MN: Ermənistan ərazisindəki istənilən obyekti məhv edə bilərik
Məqalədə sadalanan faktlar və rəqəmlər artıq köhnədir. Azərbaycan qısa bir dövrdə arsenalda olan silah və texnikanın ən müasir, yüksək dəqiqliyə və dağıdıcı gücə malik olanları ilə yenilənməsi işini həyata keçirib və bu proses artan templə davam edir. Müəllifin mülahizələri çox vaxt yersizdir, indiki vəziyyəti, regiondakı prosesləri real əks etdirmir.
Bu barədə “Voenno-promışlennıy kuryer” saytında dərc edilmiş Siyasi və Hərbi Analiz İnstitunun direktor müavini Aleksandr Xramçixinin Azərbaycana dair məqaləsi ilə bağlı Oxu.Az-ın sorğusuna cavab olaraq, Azərbaycan Müdafiə Nazirliyindən bildiriblər.
Nazirlikdən qeyd ediblər ki, yazını oxuyarkən müəllifin baş verən proseslərdən bixəbər olduğu aydın görünür.
“Azərbaycan işğalçı, separatçı cinayətkarlardan ibarət qurumla mübarizə aparmağa yetərincə gücə, qüdrətə malikdir. İşğalçı Ermənistan ilə aktiv hərbi əməliyyatlara başlamamasının yeganə səbəbi isə dövlətimizin yürütdüyü sülsevər siyasət və beynəlxalq qanunlara hörmətlə yanaşmasıdır.
Əks təqdirdə, Azərbaycan Silahlı Qüvvələrinin istifadəsində olan silah və texnikanın gücü nəinki Dağlıq Qarabağda olan işğalçı erməni birləşmələrini darmadağın etməyə, hətta Ermənistan ərazisindəki istənilən obyekti məhv etməyə yetər”, - deyə MN bəyan edir.
Mənbə:> Oxu.Az