Azərbaycanda yüksək vəzifəyə yeni TƏYİNAT » AzNews.info -Xəbər portalı

Azərbaycanda yüksək vəzifəyə yeni TƏYİNAT – VİDEO

Azərbaycanda yüksək vəzifəyə yeni TƏYİNAT


Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “Aztelekom” MMC-yə yeni rəhbər təyin olunub.

AzNews.info xəbər verir ki, “APA-Economics”in əldə etdiyi məlumata görə, Suat Paşayev MMC-nin baş direktoru vəzifəsinə gətirilib.

Qeyd edək ki, S.Paşayev buna qədər “Rcom” şirkətinin baş direktoru vəzifəsini tutub.

Xatırladaq ki, bu təyinata qədər “Aztelekom” MMC-nin baş direktoru Məhəmməd Məmmədov olub. M.Məmmədov barəsində Səbail rayon Məhkəməsinin qərarı ilə 3 ay müddətinə həbs-qətimkan tədbiri seçilib. O Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham olunur.

Baş direktorla birlikdə daha bir neçə vəzifəli şəxs, o cümlədən “Aztelekom”un baş mühasibi Oqtay Rüstəmov də saxlanılıb.


Mənbə: APA-Economics
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *