ABŞ İranı yeni sanksiyalarla hədələyir
İran rəhbərliyi tərəfindən BMT Təhükəsizlik Şurasının qətnamələrinin əksinə olan raket sınaqlarının keçirilməsi fonunda, ABŞ Konqresinin əksər hissəsi İrana qarşı yeni sanksiyaların tətbiqinə nail olmağı planlaşdırır.
Oxu.Az Gazeta.ru-ya istinadən xəbər verir ki, bu barədə Nümayəndələr palatasının spikeri Pol Rayan bildirib.
Onun sözlərinə görə, İranın ABŞ və onun müttəfiqlərinə qarşı davranışını dəyişmədiyi təqdirdə, Konqres yeni sanksiyaların tətbiqi üzərində işləməyə davam edəcək.
Qeyd edilir ki, ABŞ Dövlət Departamentinin nümayəndəsi Con Kirbi də, raket buraxılışları barədə məlumatın təsdiq edildiyi halda, İrana qarşı birtərəfli sanksiyaların tətbiqinə hazırlığı bəyan edib.
Mənbə:> Oxu.Az