Türkiyə qırıcılarını döyüş vəziyyətinə gətirdi
Türkiyə Hərbi Hava Qüvvələrinin aviabazalarında “narıncı” həyəcan səviyyəsi elan edilib, Oxu.Az Anadolu agentliyinə istinadən xəbər verir.
Agentliyin hərbi mənbələrdən əldə etdiyi məlumata əsasən, yüksək həyəcan səviyyəsi aviabazalarda “hər an hər şeyə hazır olmaq” mənasını verir. Pilotlar sərhəd pozuntusu zamanı istənilən hədəfi əmr gözləmədən məhv edə bilərlər.
Xatırladaq ki, yanvarın 29-da Türkiyə Rusiyaya məxsus “Su-24” təyyarəsinin ölkənin hava məkanını pozmaqda ittiham edib.
Mənbə:> Oxu.Az