Qiymət Mehdiyev: Villanın sənədlərini mənə təqdim edənə adama, o villanı hədiyyə edəcəm – VİDEO
SOCAR-ın Əsaslı investisiya qoyuluşu idarəsinin rəis müavini Qiymət Mehdiyev barəsində yayılan xəbərlərlə bağlı ANS TV-nin "Xəbərçi" verilişində qonaq olub.
Azxeber.com xəbər verir ki, o barəsində yayılanlarla bağlı deyib: "Dünən bəzi sayt və media orqanlarında mənim həyat yoldaşımın guya Türkiyə Respublikasının Bodrum bölgəsində20 milyon dollarlıq 16 ədəd villaalmağı haqqında həqiqətə qətiyyən uyğun olmayan əsassız məlumatlar yayılmışdı. Bəyan edirəm ki, bu məlumat yalandır və bunu mənə, ailəmə, işlədiyim təşkilatın işgüzar nüfuzuna zərbə vuran hərəkət kimi qiymətləndirirəm. Mən 30 ildir ki, eyni təşkilatda çalışıram, həyat yoldaşım da interyer dizayn sahəsində mütəxəssisdir və bu sahədə uğurla fəaliyyət göstərir. Heç bir araşdırma aparmadan mənim və ailəmin haqqında yayılmış bu böhtan xarakterli məlumatların bizim konstitusion hüquqlarımızı pozduğunu bəyan edir, bu təhdidlərin məqsədli şəkildə aparıldığını bildirirəm.
Hətta məqalədəki fotoda mənim həyat yoldaşım kimi qələmə verilən xanım həyat yoldaşım deyil. Tamamilə yad, bizə aidiyyəti olmayan şəxsdir. Mənim həyat yoldaşımın aldığı ev qeyd edilən ərazidəki çoxsaylı evlərdən yalnız birinin yarısı qədərdir. Bu həqiqət elə məqalədə göstərilmiş mülkiyyət sənədində də açıq formada qeyd edilib. Ev 1/2 pay olmaqla dəyəri 200 min Türkiyə lirəsi (təqribən 60 min ABŞ dollar civarında) dəyərindədir.
O evin sənədlərini mənə təqdim edənə adam həmin villanı hədiyyə edəcəm"
Mənbə:> Azxeber.com