Erməni qızlar Azərbaycan üçün casusluq edib » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət, Kriminal

Erməni qızlar Azərbaycan üçün casusluq edib – İTTİHAM

Erməni qızlar Azərbaycan üçün casusluq edib


Ermənistanda Azərbaycana casusluq işi üzrə təqsirli bilinən 18 yaşlı qız ittihamı rədd edib.

Oxu.Az xəbər verir ki, “Novosti Armenii”yanın müxbirinə bu barədə Diana Qoroyanın vəkili bildirib.

“Müdafiə etdiyim şəxsdə belə bir məlumat olmayıb və cinayət işində onun müqəssir olduğunu sübuta yetirən fakt yoxdur”, - deyə vəkil bildirib.

Diana Qoroyana qarşı ittiham irəli sürülən zaman onun 17 yaşı olub. Məhkəmənin iş üzrə birinci iclası yanvarın 25-də İrəvanda keçiriləcək. Prosesin qapalı keçiriləcəyi istisna edilmir.

Diana Qoroyan xalası qızı Karina Qumaşyanın Azərbaycanın xüsusi xidmətlərinin nümayəndəsi olan Arman ilə tanışlığından xəbərdar olmaqda ittiham edilir. Qız söhbətin məhz dövlətə xəyanətdən getdiyini bilməkdə və bu barədə hüquq-mühafizə orqanlarına xəbər verməməkdə ittiham edilir.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *