Azərbaycan və Çinin nəqliyyat nazirlikləri arasında memorandum təsdiqləndi » AzNews.info -Xəbər portalı

Azərbaycan və Çinin nəqliyyat nazirlikləri arasında memorandum təsdiqləndi

Azərbaycan və Çinin nəqliyyat nazirlikləri arasında memorandum təsdiqləndi


Azərbaycan prezidenti İlham Əliyev Nəqliyyat Nazirliyi ilə Çin Xalq Respublikasının Nəqliyyat Nazirliyi arasında nəqliyyat sahəsində Anlaşma Memorandumunun təsdiq edilməsi haqqında fərman imzalayıb.

AzNews.info AzərTAc-a istinadən xəbər verir ki, fərmanda deyilir:

“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyi ilə Çin Xalq Respublikasının Nəqliyyat Nazirliyi arasında nəqliyyat sahəsində 2015-ci il dekabrın 10-da Pekin şəhərində imzalanmış Anlaşma Memorandumu təsdiq edilsin.

2. Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyi bu Fərmanın 1-ci hissəsində göstərilən Anlaşma Memorandumunun müddəalarının həyata keçirilməsini təmin etsin.

3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Anlaşma Memorandumunun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Çin Xalq Respublikası Hökumətinə bildiriş göndərsin”.

Mənbə: AzərTAc
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *