Fransada şagird İŞİD-ə görə müəlliminə hücum etdi
Fransanın Marsel şəhərində 15 yaşlı şagird öz yəhudi müəlliminə hücum edib.
Axar.az Assoşieyted Press-ə istinadən xəbər verir ki, şagird əlindəki bıçaqla müəllimini yaralayıb və bunu İŞİD üçün etdiyini deyib.
Şəhər polisindən verilən məlumata görə, cinayəti törədən məktəbli kürd əsilli türkiyəlidir.
Hazırda faktla bağlı araşdırmalar davam edir.
Mənbə:> Axar.az