Məhərrəm Qasımov yenidən Naxçıvan MSK-nın sədri seçildi
Dekabrın 23-də Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyasının (MSK) yeni tərkibdə ilk iclası keçirilib.
AzNews.info-nun APA-ya istinadən məlumatına görə, iclasda təşkilati işə baxılıb, MSK-nın sədri, sədr müavini və katibinin seçilməsi məsələsi müzakirə olunub.
Müzakirələrdən sonra Məhərrəm Qasımov yenidən Naxçıvan Muxtar Respublikası MSK-nın sədri seçilib. Əli Qədimov, MSK sədrinin müavini, Elnur Eyvazov katib seçiliblər.
Qeyd edək ki, dekabrın 22-də Beşinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin ikinci sessiyasında Naxçıvan Muxtar Respublikası MSK-nın yeni üzvləri haqqında təklifə baxılaraq təsdiq olunub.
Mənbə:> APA