Rasim Musabəyov: Türklər Putinin rişxəndli sözlərini unutmayacaqlar
Politoloq Rasim Musabəyov Rusiya prezidenti Vladimir Putinin KİV nümayəndələri ilə illik görüşünü şərh edib.
Rusiya liderinin saatlar boyu sürən mətbuat-konfransını şərh etmək çətindir, amma onun bəzi “xoşagəlməz hərəkətlərini” qeyd etmək lazımdır. Belə ki, Putin bəyan edib ki, təyyarələri Suriyaya Əsədin rəqiblərini bombardman etməyə göndərərkən, sən demə Türkiyə ilə sərhəddə yüz minlərlə türkmənin yaşadığını bilmirmiş.
Əgər belə vacib məqam nəzərdən qaçırsa, o zaman Suriyaya Rusiya qoşunlarını göndərməyə dair qərar nə dərəcədə pis işlənib?
Putinin Su-24 təyyarəsini vurmaq əmrini verən Türkiyə rəhbərliyinin amerikalıların bir yerini yalamaq istəyinə dair Rusiya və bəzi xarici KİV-də yayılan, diplomatiya və siyasi polemikadan kənar çıxan sözlərinin şərhə ehtiyacı yoxdur.
Ərdoğanın Türkiyəni “sürünən islamlaşdırma”da ittiham edilməsi və “Atatürk bunu görsəydi qəbrində çevrilərdi” ifadələri mahiyyətcə mənasız, formaca isə yolverilməzdir. Vladimir Putinin özü onun hakimiyyəti dövründə ateist Rusiyanın provoslav xristianlığa qayıtmasına dair sözləri tərif kimi qəbul edərdi. Bu halda Ərdoğanı Türkiyədə dünyəvi qaydalara zidd olmadan ölkədə ənənəvi islam dəyərlərinə hörməti bərpa etməkdə ittiham etmək olarmı?
Bu, mənim və Azərbaycanda, eləcə də Türkiyədə çoxlarının xoşuna gəlməyə bilər, amma çoxluğun hisslərinə və iradəsinə hörmətlə yanaşmaq lazımdır. Yeri gəlmişkən, himayədarlıq etdiyi Kadırovun Çeçenistanı islamlaşdırmada Ərdoğandan daha irəli getdiyi barədə Rusiya liderinə məlumat vermək lazımdır.
Onun mətbuat-konfransında ifadələrinin Türkiyədə təhqir kimi qəbul ediləcəyini anlayaraq Vladimir Putin türk xalqına hörmət barədə söz atdı, amma bu, çox az şeyi dəyişdirəcək.
Qəribədir ki, rusiyalı liderin türk istiqamətində peşəkar kəşfiyyatçı olan mətbuat katibi Peskov öz rəhbərinə bu tonun yersiz olduğunu və hətta Ərdoğan və Davudoğlu siyasi səhnədən getdikdən sonra türklərin Putinin rişxəndli sözlərini unutmayacaqlarını və bağışlamayacaqlarını anlatmayıb.
Mənbə:> Oxu.Az